Modern.az

Almaniya Ermənistana silah verməkdən İMTİNA ETDİ

Almaniya Ermənistana silah verməkdən İMTİNA ETDİ

Aktual

11 Dekabr 2023, 13:24

Almaniya parlamenti Ermənistana silah tədarükünün mümkünlüyünə baxmır.

 

Modern.az xəbər verir ki, bu barədə Bundestaqın müdafiə komitəsinin üzvü Yan Nolte açıqlayıb. 

 

"Hakimiyyət Ukraynanı silahla dəstəkləməyə davam etmək istəyir və indiki vəziyyətdə bu, onsuz da çətindir. İsrail və Qəzza zolağında vəziyyətin gələcəkdə necə inkişaf edəcəyi də bəlli deyil. Düşünmürəm ki, kimsə Ermənistanı silahla təmin etmək istəyir. Hər halda, bu, müdafiə komitəsinin gündəliyində deyil", - deyə deputat qeyd edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?