Modern.az

Moody\'s ABB-nin proqnozunu Stabildən Pozitivə yüksəltdi

Moody\'s ABB-nin proqnozunu Stabildən Pozitivə yüksəltdi

11 Dekabr 2023, 17:04

Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində təsdiqləyib və reytinq proqnozunu Stabildən Pozitivə dəyişib. Eyni zamanda, agentlik ABB-nin Kredit ödəmə və Tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini b1 səviyyəsində təsdiqləyib.

 

ABB-nin kredit ödəmə reytinqlərinin b1 səviyyəsində təyin edilməsi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital adekvatlığı, həmçinin aktivlərinin yüksək likvidliyi və məhdud risklərə malik olması ilə əsaslandırılır.

 

 

Moody's-in proqnozlarına görə, ABB-nin kredit profili, aktivlərinin likvidliyi, keyfiyyəti və gəlirliliyi önümüzdəki 12-18 ayda daha da yaxşılaşmaqda davam edəcək. Bankın reytinq proqnozunun Stabildən Pozitivə dəyişdirilməsi bununla bağlıdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?