Modern.az

Roma Papası dəfn olunmaq istədiyi yerdən DANIŞDI

Roma Papası dəfn olunmaq istədiyi yerdən DANIŞDI

13 Dekabr 2023, 09:56

Roma Papası Fransisk Meksikanın “N+” telekanalına müsahibəsində özünün gələcək dəfn mərasimindən danışıb.

Modern.az-ın məlumatına görə, din xadimi bildirib ki, mərasimi təşkil edəcək heyətlə müzakirə aparıb və  onun Roma bazilikasındakı Santa Maria Maggioredə dəfn edilməsi qərara alınıb


"Yer artıq hazırlanıb, mən Santa Maria Maggioredə dəfn olunmaq istəyirəm. Münki bu yerə çox sadiqəm, çox. Mən həmişə ora gedirdim. Bazar səhərləri həmişə bir müddət orada qalırdım. Ora ilə çox güclü bağlılığım var”, - Papa Vatikanda baş tutan müsahibəsində deyib.
 

Ölümü və qarşıdan gələn dəfn mərasimi haqqında danışarkən o, “belə bir ehtimal var və biz hazırlaşmalıyıq” deyib və əlavə edib ki, artıq papanın dəfn mərasimlərinin təşkilatçıları ilə görüşüb.


Bronxitdən əziyyət çəkən Papa Fransisk dekabrın 6-da ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. O, xəstəlik səbəbindən Dubayda COP-28 iqlim konfransına planlaşdırdığı səfərini ləğv etmək məcburiyyətində qalmışdı.


Müsahibəsində səhhətinin yaxşılaşdığını, lakin sağlamlığı üçün dua etdiyini söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?