Modern.az

Sandu səfirimizi “Şərəf” ordeni ilə təltif etdi

Sandu səfirimizi “Şərəf” ordeni ilə təltif etdi

Aktual

13 Dekabr 2023, 18:35

Moldova Respublikasının Prezidenti Mayya Sandu dekabrın 13-də bu ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycan səfiri Qüdsi Osmanovu qəbul edib.

 

Modern.az xəbər verir ki, Moldovanın dövlət başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb.

 

Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.

 

Mayya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və onu Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat