Modern.az

Keçmiş kənd təsərrüfatı naziri həbs edildi - FOTO

Keçmiş kənd təsərrüfatı naziri həbs edildi - FOTO

19 Dekabr 2023, 12:36

Özbəkistanın keçmiş kənd təsərrüfatı naziri Aziz Voitov ölkənin baş prokurorunun tələbi ilə oğurluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək həbs edilib,
 

Modern.az xəbər verir ki, bu barədə Ali Məhkəməsinin mətbuat xidmətinun yaydığı məlumatda bildirilib.

İstintaq Voitovu mənimsəmə və ya xüsusilə böyük miqyasda mənimsəmə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilir.

O, 2022-ci ilin avqustundan 2023-cü ilin oktyabrına qədər kənd təsərrüfatı naziri vəzifəsində çalışıb, daha sonra bu vəzifəni İbroxim Abduraxmonov yerinə yetirib. Bundan əvvəl Voitov 2020-ci ilin mart ayından investisiyalar və xarici ticarət nazirinin birinci müavini olub.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat