Modern.az

Stadionda işıq dirəyi aşdı - Oyun dayandırıldı

Stadionda işıq dirəyi aşdı - Oyun dayandırıldı

23 Dekabr 2023, 17:46

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarımçıq dayandırılıb.

 

Tovuz klubundan Modern.az-a verilən məlumata görə, buna güclü külək nəticəsində projektorlardan birinin aşması səbəb olub.

 

Peşəkar Futbol Liqasından isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, azarkeşlər evakuasiya olunublar. Futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədirlər.

 

82-ci dəqiqədə dayandırılan görüşün davam etdirilib-etdirilməyəcəyi bilinmir.

 

Qeyd edək ki, oyunda “Turan Tovuz”un minimal hesablı üstünlüyü var – 2:1.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə