Modern.az

Üç rayonda qaz olmayacaq

Üç rayonda qaz olmayacaq

25 Dekabr 2023, 14:15

Sabah Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilir ki, “Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar “Qaz İxrac” İdarəsinə məxsus “Bərdə-Ağcabədi” yüksək təzyiqli magistral qaz kəmərinin yenidən qurulmuş yol keçidində yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı dekabrın 26-da saat 08:00-dan etibarən işlər başa çatanadək “Ağcabədi” Qaz Paylayıcı Stansiyadan (QPS) və həmin gün saat 09:00-dan etibarən isə işlər başa çatanadək “Beyləqan”, “Allahyarlı”, “Əhmədbəyli”, “Horadiz” QPS-lərdən, “Azaqrotaxıl” MMC və “Füzuli-Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri aparılan müddətdə Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə