“Goranboy rayonunun 2023-cü ildə sosial-iqtisadi inkişafının yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr barədə” rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclası keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin fəalları iştirak ediblər.
Cənab Prezidentin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilmiş sosial-iqtisadi yeniliklər, beynəlxalq arenada qazanılmış böyük nailiyyətlər barədə geniş nitq ilə çıxış edən icra başçısı Məhərrəm Quliyev, dövlət başçısının siyasi iradəsi nəticəsində dövlətimizin beynaəlxalq müstəvidə strateji mövqeyinin gündən-günə güclənməsini vurğulayıb. Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə, son 20 ildə rayonun inkişaf dinamikası və 2023-cü ildə rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında baş verən yeniliklər barədə məruzə dinlənilib.
Tədbirdə çıxış edən ictimai fəallar, cənab Prezidentin hər sahədə Goranboy rayonuna göstərdiyi diqqət və qayğını, bu istiqamətdə imzaladığı sərəncam və verdiyi göstərişləri yüksək qiymətləndiriblər.
Şurada, “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı il ərzində keçirilən ümumrayon tədbirləri, 2024-cü ilin Tədbirlər və İş Planları, RİH Başçısı yanında Şuranın müzakirəsinə çıxarılması nəzərdə tutulan məsələlər barədə geniş müzakirələr aparılıb.