Modern.az

Baş Prokurorluq Tərtərdəki qətllə bağlı məlumat yaydı

Baş Prokurorluq Tərtərdəki qətllə bağlı məlumat yaydı

Aktual

26 Fevral 2024, 21:29

Tərtərdə törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.

 

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə