Modern.az

Azərbaycanda kvotadan əlavə iş yerləri açılacaq

Azərbaycanda kvotadan əlavə iş yerləri açılacaq

24 May 2024, 14:29

Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur. 

 

Moern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.


“Hazırda hökumətdə müzakirə olunan 3 aktiv tədbirimizi var. Bunlar məqsədli proqrmalar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç tədbir bütün mərhələlərdən keçib. Administrasiyada yekun müzakirədədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirəniziə təqdim olunacaq", -deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat