Modern.az

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Aktual

26 İyun 2024, 11:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin öncədən verdiyi narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat