Modern.az

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

27 İyun 2024, 17:04

Azərbaycanın bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə olunub.

 

Müzakirələrin sonunda 30 saylı Suraxanı birinci, 34 saylı Xətai ikinci, 84 saylı Füzuli, 89 saylı İsmayıllı, 79 saylı Astara, 80 saylı Lerik-Astara, 92 saylı Göyçay-Ağdaş, 23 saylı Nəsimi-Səbail saylı seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında qərar səsverməyə çıxarılaraq qəbul olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır