Modern.az

\"Şerif\" - \"Zirə\" matçının biletləri satışa çıxarıldı

\

3 İyul 2024, 17:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Şerif” (Moldova) – “Zirə" matçının biletləri satışa çıxarılıb.

 

Modern.az Moldova təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 50-250 rubl (5-27 manat) aralığında olacaq.

 

Qeyd edək ki, "Şerif" və "Zirə" arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?