Modern.az

Azad edilmiş ərazilərdə daha 135 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 135 mina aşkarlanıb

Aktual

8 İyul 2024, 16:36

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (01.07.2024 - 07.07.2024) açıqlanıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 28 piyada əleyhinə mina, 107 tank əleyhinə mina, 830 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 1039.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat