Modern.az

Naxçıvanda dələduzluq edən şəxs saxlanıldı

Naxçıvanda dələduzluq edən şəxs saxlanıldı

Aktual

10 İyul 2024, 16:30

Daxil olan şikayət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Əfqan Məmmədov saxlanılıb.

 

Modern.az xəbər verir ki, araşdırmalarla onun özünü hüquqşunas kimi təqdim edərək, cəzaçəkmə müəssisəsində olan bir nəfərin cəzasını azaltmaq adlı ilə yaxınlarından dələduzluq yolu ilə pul aldığı məlum olub.

 

Ə.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat