Modern.az

“Auditor xidməti haqqında” qanununda dəyişiklik edildi

“Auditor xidməti haqqında” qanununda dəyişiklik edildi

17 İyul 2024, 11:04

Prezident İlham Əliyev “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

 

Modern.az xəbər verir ki, qanuna əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 138) 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasında “tələb etdiyi hallar,” sözləri “, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların (müraciətlərin) icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələb etdiyi, habelə” sözləri ilə əvəz edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat