Modern.az

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edildi - FOTO

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edildi - FOTO

30 İyul 2024, 11:24

Müdafiə Nazirliyinin (MN) Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs edilib.

 

Modern.az xəbər verir ki, məlumatı Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiqləyib.

 

Bildirilib ki, Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib.

 

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyev sədrliyi ilə keçirilən istintaq orqanın təqdimatı təmin edilib və Rəhim Laçınov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - açıqlamada deyilir.

 

Qeyd edək ki, Rəhim Laçınovun həbs olunması barədə ilk xəbəri "bizim.media" saytı yayıb.

 

1367890

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə