Gürcüstan Gəncə şəhərinə yeni baş konsul təyin edib.
Modern.az-ın məlumatına görə, qonşu ölkənin şəhərdəki yeni konsulu Kaxaber Abdaladzedir.
Məlumata görə, yeni diplomat artıq Gəncə şəhərinə gəlib və şəhər rəsmiləri ilə görüşüb.
Qeyd edək ki, Gürcüstanın Gəncədəki keçmiş baş konsulu Nikoloz İaşvilini diplomatik fəaliyyət müddəti ötən il başa çatıb.