Modern.az

Polis əməkdaşları bir gündə 66,4 kiloqramdan çox narkotik aşkarlayıb

Polis əməkdaşları bir gündə 66,4 kiloqramdan çox narkotik aşkarlayıb

Aktual

29 Avqust 2024, 09:40

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 28-də ölkə üzrə ümumi çəkisi 66,4 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqrama yaxın heroin, 62,7 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 14 preqabalin və 20 ədəd tramadol həbi olub.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır