Modern.az

Azərbaycanın iqtisadi inkişafında əsrin müqaviləsinin rolu

Azərbaycanın iqtisadi inkişafında əsrin müqaviləsinin rolu

19 Sentyabr 2024, 13:54

Tarix 1993-cü ilin ilk 6 ayına təsadüf etdiyində ölkəmiz iflasa doğru sürüklənən bir dövlətə çevrilmiş, lakin xalqımızın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev hakimiyyətə gəldikdən dərhal sonra Azərbaycan ən yeni inkişaf dövrünə qədəm qoymuş  və  elm, təhsil, səhiyyə, mədəniyyət kimi sahələrdə əldə olunan nəticələr təbii ki, göz qamaşdırmışdır. Şəksiz ki, o dövürdə Azərbaycan iqtisadiyyatı daha da konsepsiyalaşmış və iqtisadi inkişaf 4%-lik irəliləyişdən 83%-ə yüksəlmiş, dövlət büdcəsindəki kəsr problemi aradan qaldırılmış və Azərbaycan borc alan dövlətdən borc verən ölkəyə çevrilmişdir. Danılmaz həqiqətdir ki, iqtisadiyyatın bilavasitə və mərhələli şəkildə inkişaf etdirilməsində “Əsrin müqaviləsi”-nin imzalanmağı xüsusi tarixi əhəmiyyət kəsb edir. Bu müqavilə sanki ölkəmizi uçurumun kənarından ən yeni intibaha aparıb.

Şübhəsiz ki, o vaxt xarici şirkətlərlə Xəzər neftinin çıxarılması ilə əlaqədar danışıqlar çox çətin şəraitdə gedirdi. Tərəflərin hər birinin öz marağında israr etdiyi üçün heç bir nəticə əldə etmək olmurdu. 1994-cü ilin mart ayında Bakıda başlayan ikitərəfli söhbətlər sonralar İstanbulda və Hyustonda davam etdirildi. Qarşı tərəf həddindən ziyadə ağır şərtlər irəli sürürdü. Bundan sonra Ulu Öndər Heydər Əliyev həmin ilin dekabr ayının səkkizində Dövlət Neft Şirkətinin vitse-prezidenti və Azərbaycan nümayəndə heyətinin başçısı  kimi cənab İlham Əliyevi Dünya Bankı ilə danışıqlar aparmaq üçün Vaşinqtona göndərdi. Uzun müddətli və hərtərəfli danışıqlar nəticəsində Əsrin müqaviləsi kimi bir neft müqaviləsi 100 illik bir müqavilə kimi tarixə həkk olundu. Bu müqavilənin əldə olunmasıda şübhəsiz ki, hər iki fenomenal şəxsiyyətin rolu danılmazdır.

 

Bu müqavilənin imzalanma mərasimi isə paytaxt Bakıda baş tutmuşdur. Saysız-hesabsız xarici və nüfuzlu beynalxalq ictimai xadimlərin bir araya toplaşması ilə həyata keçən bu mütərəqqi tədbir 20 sentyabr 1994-cü ildə baş tutdu. Heydər Əliyev imzalanma mərasimində bu dəyərli fikirləri söyləmişdir: “Bu müqavilə Azərbaycanın və ölkəmizin dostlarını yeni iqtisadi cəhətdən inkişafında ən yeni keçid dövrünə qədəm qoymasına təkan yaradacaq. Mən buna öz qəlbimdən inanıram”. İmzalanma mərasimindən dərhal sonra Azərbaycanın iqtisadi statistik göstəriciləri bir anda Avropa Şurasının maliyyə resursları dərəcəsində qalxmışdır. Belə ki, Azərbaycanın 1994-cü ilin sonunda aparılan araşdırma nəticəsində dövlət büdcəsində o zamana qədər formalaşan büdcə 2 milyon dollardan 60 milyon dollara qədər yüksəlmiş və respublikadakı inflasiya kəskin şəkildə azalıb.

 

Əsrin müqaviləsinin imzalanması həm də beynalxalq əlaqələrimizin bilavasitə inkişafına çox köməyi olmuşdur. 1993-cü ildə Xalq cəbhəsinin bərbad siyasətlərindən biri də xarici əlaqələrinin düzgün təşkil etməmələri idi. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsindən sadəcə bir il sonra bu müqavilənin əsasında Azərbaycanın birlikdə əməkdaşlıq qurduğu xarici ölkələrlə (ABŞ, Rusiya, Norveç, Türkiyə, Səudiyyə Ərəbistan, Yaponiya, Böyük Britaniya) əməkdaşlıq qurmaq istəyən ölkələr bəlkə də illərlə danışıq aparır. Lakin Heydər Əliyev prezident kimi buna sadəcə bir ildə nail olub.

 

Xülasə, Azərbaycanın fundamental inkişafının formalaşmasında, həmçinin iqtisadi tərəqqisinin və beynalxalq olmaqla əlaqələrinin inkişaf etdirilməsində Əsrin müqaviləsinin imzalanmağı xüsusi tarixi əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycanın beynəlxalq arenada böyük miqyaslı uğruna çevrilən Əsrin müaqviləsi bir neçə ildən sonra neftin nəqli marşrutlarının yaranmasına da gətirib çıxarmış və bu məsələdə Heydər Əliyevin sözü həll edici rol oynayıb.

Hüseyn Əliyev

İctimai-siyasi fəal

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır