Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyində DƏYİŞİKLİK

Ekologiya və Təbii Sərvətlər Nazirliyində DƏYİŞİKLİK

Aktual

21 Sentyabr 2024, 14:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi dəyişib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Dəyişikliklə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini kollegiyaya əlavə edilib.

 

Xatırladaq ki, avqustun 15-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini postu yaradılıb.

 

Həmin vəzifəyə Rəşad Sahil oğlu İsmayılov təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır