Modern.az

ABB səhmdarlarının sayı açıqlandı

ABB səhmdarlarının sayı açıqlandı

Aktual

24 Sentyabr 2024, 11:12

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub.

Modern.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirilməsinin nəticələri ilə bağlı brifinqdə deyib.

O bildirib ki, ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1794 nəfərdən 35 min 104 nəfərə qədər artıb: “Müstəqillik dövründə ölkəmizin bank sektorunda cəlb olunan əmanətçilərin ümumi sayı hesablamalara görə 70-75 min ətrafındadır. ABB səhmlərinə abunə yazılışı prosesində cəmi 3 ay ərzində bu rəqəmin yarısına çatdıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır