Modern.az

MÜSİAD Azərbaycan "Ənənəvi Səhər Yeməyi"ndə

MÜSİAD Azərbaycan "Ənənəvi Səhər Yeməyi"ndə

Aktual

29 Sentyabr 2024, 10:54

MÜSİAD Azərbaycan Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının təşkilatçılığı ilə, Caspa Teknoloji şirkətinin sponsorluğunda "Ənənəvi Səhər Yeməyi" proqramı MÜSİAD Azərbaycanın üzvü The Mood Bistro-Grill restoranında baş tutub.

 

Modern.az xəbər verir ki, proqrama Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı, xanımı, 80 nəfərdən çox qonaq, MÜSİAD Azərbaycanın müşavirləri və üzvləri qatılıb.

 

Proqramda Kənd Təsərrüfatı və Turizm Komissiyamızın təşkilatçılığı ilə hazırlanmış "Azerbaycan'a gelmek için 101 neden" kitabçasının təqdimatı olub. Kitabça cənab səfirə təqdim olunub və bütün qonaqlara hədiyyə edilib.

 

Sonda MÜSİAD Azərbaycan proqrama qatılan bütün qonaqlara və üzvlərinə təşəkkür edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi