Modern.az

Hindistan Türkiyənin BRICS-ə üzvülüyünə mane olub

Hindistan Türkiyənin BRICS-ə üzvülüyünə mane olub

Aktual

24 Oktyabr 2024, 14:17

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-in Kazanda keçirlən 16-cı sammiti öncəsi təşkilata üzv olmaq üçün müraciət etsə də, bunun nəticəsiz qaldığı bildirilir.

Modern.az xəbər verir ki, xarici KİV-ın məlumatına görə, keçmiş diplomat, Karnegi Fondunun Türkiyənin xarici siyasəti üzrə eksperti Sinan Ülge bildirib ki, əsas maneə Hindistan olub.

Rəsmi Dehli Ankaranın Hindistana düşmən olan Pakistanla yaxın münasibətinə görə Türkiyənin BRICS-ə üzvlüyünə qarşı çıxıb.

Xatırladaq ki, oktyabrın 22-24-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində XVI BRICS Sammiti keçirilir. Toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə