Modern.az

“WhatsApp”da çoxdan gözlənilən yenilik

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Aktual

25 Oktyabr 2024, 10:56

“WhatsApp” yeni funksiya üzərində işləyir.

Modern.az-ın məlumatına görə, “Meta” “Instagram”da mövcud olan hekayəyə musiqi əlavə etmə xüsusiyyətini “WhatsApp”da da istifadəyə verməyə hazırlaşır.

Bu xüsusiyyət sayəsində istifadəçilər foto və ya video status paylaşımında mahnılardan istifadə edə biləcəklər.

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə