Modern.az

Bakıda 75 min manatlıq dələduzluq

Bakıda 75 min manatlıq dələduzluq

26 Oktyabr 2024, 13:00

Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74.500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə