Modern.az

Leysan yağışlar Bakıda günün ikinci yarısınadək davam edəcək - Rəsmi

Leysan yağışlar Bakıda günün ikinci yarısınadək davam edəcək - Rəsmi

Aktual

28 Oktyabr 2024, 13:16

Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində oktyabrın 28-i günün birinci yarısında qısamüddətli leysan xarakterli yağış yağıb.

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 %-ni təşkil edir.

G.Abbasova məlumat verib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə