Modern.az

Ötən həftə aşkarlanan mina sayı açıqlandı

Ötən həftə aşkarlanan mina sayı açıqlandı

Aktual

28 Oktyabr 2024, 14:54

Azad olunan ərazilərdə 21-27 oktyabrda 43 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 2777 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Modern.az xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1157 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə