İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik hesabat konfransı keçirilib.
Konfransdan öncə Ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edlib. İmişli şəhər Heydər Əliyev Mərkəzində keçirilən hesabat Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov nitqi ilə açılıb.
S.Səmədov milli- mənəvi dəyərlərimizin daşıyıcısı olan ağsaqqalların cəmiyyətdə aparıcı rolundan ətraflı söhbət açıb. Hazırda ölkəmizdə və rayonda ağsaqqallar şurasının sürətlə genişlənməsinin əhəmiyyətini və bu sahəyə dövlət dəstəyinin olduğunu qeyd edib. O, Heydər Əliyevin "Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur" kəlamının şərəfli ömür yaşamış müdrik insanlara böyük dəyərinin bariz nümunəsi olduğunu bildirib. Bu böyük diqqət və qayğının hazırda Prezident İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb.
İcra başçısı Elçin Rzayev ağsaqqal və ziyalıların ictimai- mədəni həyatındakı rolundan, aktiv fəaliyyətlərindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını konfrans iştiralçılarına catdırıb. Ölkəmizdə tarixi ənənələrin, mənəvi dəyərlərin nəzərə alınmasında, ictimai- siyasi, sosial- iqtisadi həyatın inkişafında ağsaqqalların oynadığı aparıcı rolun əhəmiyyətindən söhbət açıb.
Konfransda İmişli Rayon Ağsaqqallar Şurasının yarımillik hesabat məruzəsi dinlənilib və məruzə ətrafında çıxışlar olub. Qeyd olunub ki, son 3 ay ərzində rayon ağsaqqallar şurası üzvülərinin sayı 7 dəfəyə qədər artıb, ərazi təşkilatının sayı 49-a çatdırılıb.
Çıxış edənlər eyni zamanda Saleh Səmədovun böyük bir xeyriyyəçi kimi gördüyü işləri xatırlayıb. Onun şəhid, qazi ailələrinə etdiyi köməkliyi, zəruri ehtiyacı olan insanlara yardımlarını, İmişli şəhərində gedən quruculuq işlərində əvəzsiz xidmətlərini, reklamsız etdiyi digər yaxşılıqların rayon sakinləri tərəfindən yüksək qiymətləndirildiyini bildiriblər.
Konfransda təşkilati məsələlərə baxılıb, yeni tərkibdə İmişli Rayon Ağsaqqallar Şurasınən İdarə Heyəti seçilib. Sonda hesabat məruzəsi və çıxışlarda qeyd olunanlar nəzərə alınaraq qərar layihəsi müzakirə edilərək təsdiq edilib.