Milli Məclisin deputatı Ceyhun Məmmədov yeni tövsiyələrini gənclərlə bölüşüb.
“İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq”, - deyə o bildirib.
Modern.az deputatın gənclərə növbəti tövsiyələrini təqdim edir:
1. Heç zaman yalan danışmayın. Unutmayın ki, yalan ayaq tutsa da yeriməyəcək.
2. Səmimiyyətinizi heç nəyə qurban verməyin. Sizə sadəlövh deyənlərə çox da fikir verməyin.
3. Bütün işlərinizi vicdanla görün. Pulun hər şey olmadığını unutmayın.
4. Dürüst olun. Sizə “Düz olan düzdə qalar” deyənlərə çox fikir verməyin.
5. Riyakar və ikiüzlü olmayın. Unutmayın ki, riyakarlıq və ikiüzlülük hələ heç kimə həqiqi uğur gətirməyib.
6. Şəxsiyyətinizin bütövlüyünü qoruyun. Şəxsiyyəti qırıq insanlardan olmayın.
7. Hər bir məsələyə ədalətlə yanaşın. Ədalət olmayan yerdə xeyir-bərəkət olmaz.
8. İnsanlarla pis əməllərdə deyil, yaxşı əməllərdə yarışın. Unutmayın ki, Sizə qalan yaxşılıq olacaq.
9. Tərbiyəsiz və əxlaqsız insanlardan uzaq olun. Bu xüsusiyyətlərin keçici xəstəlik olduğunu unutmayın.
10. Şər, böhtan və iftiradan uzaq olun. Aşınıza tökdüyünüzün qaşığınıza çıxacağını unutmayın.