Modern.az

Abel Məhərrəmov: Səhərə qədər yatmadığım günlər olub...

Abel Məhərrəmov: Səhərə qədər yatmadığım günlər olub...

6 Noyabr 2024, 13:28

1999-cu ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə BDU-nun rektoru təyin olunanda bizim çox geniş söhbətimiz oldu. Universitetin tarixindən tutmuş, mənim fəaliyyətimə qədər bir çox məsələ haqqında söhbət etdik.

 

Bunu Modern.az-a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov deyib.

 

"Ümummilli liderimiz mənə çoxlu məsləhətlər verdi. Bu 20 ildə hər dəfə qələmi əlimə alıb nəsə imzalayanda, o məsləhətlər yadıma düşüb, həmişə ədalətli olmağa çalışmışam. Tələbələrin xaric olunması üçün sənədə imza atanda səhərə qədər yatmadığım günlər olub. O sənədə imza atana qədər 4-5 dəfə tələbəni, müəllimi çağırıb danışmışam, bəzən məsələləri həll edə bilmişəm, bəzən də məcbur qalıb həmin sənədə imza atmışam".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat