Modern.az

Sumqayıt Tibb Mərkəzinin əməkdaşları 8 min ağac əkdilər - FOTOLAR

Sumqayıt Tibb Mərkəzinin əməkdaşları 8 min ağac əkdilər - FOTOLAR

Aktual

7 Noyabr 2024, 18:25

Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdindəki tibb müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti də sağaldaq” devizi altında 8 minə yaxın ağac əkilib. Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, 2 nömrəli xəstəxananın ərazisində keçirilən növbəti belə ağacəkmə aksiyasında mərkəzin rəhbərliyi, o cümlədən tabeli tibb müəssisələrinin rəhbər şəxsləri də iştirak ediblər.

 

Tibb müəssisələrinin yerləşdiyi ərazilərdə iqlim şəraitinə uyğun ağaclar və gül kolları əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat