Modern.az

Azad edilmiş ərazilərdə daha 84 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 84 mina aşkarlanıb

Aktual

11 Noyabr 2024, 14:57

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (04.11.2024 -10.11.2024) açıqlanıb.

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 51 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 185 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 545,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR