Modern.az

Bakının bu ərazisində sakinlərə maşınlarla su veriləcək

Bakının bu ərazisində sakinlərə maşınlarla su veriləcək

Aktual

6 Dekabr 2024, 15:00

Magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Qobu, Güzdək qəsəbələrinə, Höküməli qəsəbəsinin və Yasamal rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Modern.az-a verilən məlumata görə, təmir işlərinin bazar günü günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.

Qeyd olunur ki, bu müddətdə sakinlərə maşınlarla su veriləcək.

Sizə yeni x var
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?