Modern.az

Qadın xidmətçi işlədiyi evdən oğurluq etdi

Qadın xidmətçi işlədiyi evdən oğurluq etdi

9 Dekabr 2024, 12:52

Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq olub.

Modern.az xəbər verir ki, polisə müraciət edən ev sahibi dekabrın 7-də evdən pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən həmin evdə xidmətçi işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı qadın saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat