Modern.az

Daha bir "avtoş" saxlanıldı

Daha bir "avtoş" saxlanıldı

16 Dekabr 2024, 14:14

"Hyundai" markalı, 49-BG-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Şərifov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Modern.az xəbər verir ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin  qərarına əsasən E.Şərifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə