Modern.az

Paşinyan koronavirusdan SAĞALDI

Paşinyan koronavirusdan SAĞALDI

28 Dekabr 2024, 14:40

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusdan sağaldığını bildirib.

Modern.az-ın məlumatına görə, bu barədə baş nazirin özü sosial şəbəkə hesabında yazıb.

“COVID testimin cavabı nəhayət neqativ çıxdı”, - deyə Paşinyan qeyd edib.

Bununla yanaşı, o, şərhinin yanına gülüşsmayliki də əlavə edib.

Bir çoxları Paşinyanın koronavirusa yoluxduğu barədə söylədiklərinə inanmır. İddia olunur ki, Nikol Paşinyan delabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirlən MDB liderlərinin qeyri-rəsmi sammitində və Avrasiya İqtisadi İttifaqının iclasında iştirakdan yayınmaq üşün bu variantdan istifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?