Modern.az

BDU-nun sabiq prorektoru vəfat etdi

BDU-nun sabiq prorektoru vəfat etdi

Aktual

13 Yanvar 2025, 15:29

Bakı Dövlət Universitetinin sabiq prorektoru polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə APA-ya BDU-nun dosenti Fikrət Şiriyev məlumat verib.

O bildirib ki, mərhumun cənazəsi sabah 14:00-da Qələbə dairəsinin yaxınlığında yerləşən evindən götürüləcək.

Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub. O, 2005–2014-ci illərə BDU-nun Ümumi işlər üzrə rektor köməkçisi vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat