Modern.az

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Aktual

21 Yanvar 2025, 14:26

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Modern.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.


“Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”,-deyə qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat