Modern.az

“Kapital Bank”ın Müşahidə Şurasının tərkibi dəyişəcək

“Kapital Bank”ın Müşahidə Şurasının tərkibi dəyişəcək

Aktual

22 Yanvar 2025, 09:16

“Kapital Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək.

Modern.az xəbər verir ki, bununla bağlı qərar fevralın 25-də “Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağında veriləcək. Bundan əlavə, yığıncağın gündəliyinə bankın Müşahidə Şurasının əsasnaməsinə, Nizamnaməsinə dəyişiklik edilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bankın Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən ofisində keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat