Modern.az

Evlərdən silsilə oğurluqlar edənlər saxlanıldı

Evlərdən silsilə oğurluqlar edənlər saxlanıldı

29 Yanvar 2025, 11:43

Sabunçu rayonu ərazisində yerləşən 6 müxtəlif evdən oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 6200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Modern.az xəbər verir ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən 27 yaşlı Z.Bağırov və 23 yaşlı T.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...