Modern.az

Əli Əsədov qazax xilasedicilərə təşəkkür etdi

Əli Əsədov qazax xilasedicilərə təşəkkür etdi

31 Yanvar 2025, 14:34

“Fürsətdən istifadə edib AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında göstərdiyi operativ reaksiyaya görə Qazaxıstan hökumətinin başçısı Oljas Bektenova təşəkkür edirəm”.

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Avrasiya hökumətlərarası Şuranın iclasında deyib.

O, həmçinin fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan baş nazirinə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Azərbaycan iclasda qonaq kimi iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?