Modern.az

Bərdə sakinindən 3 kq tiryək götürülüb

Bərdə sakinindən 3 kq tiryək götürülüb

10 Fevral 2025, 09:40

Bərdədə polisin keçirdiyi əməliyyat tədbiri zamanı 3 kiloqram tiryək aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.

Onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?