Modern.az

Çay sahilindən avtomat tapıldı

Çay sahilindən avtomat tapıldı

Aktual

7 Mart 2025, 09:52

Qax rayonunda çay sahilindən odlu silah tapılması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. Aşkar olunmuş silah müvafiq ekspertizaya göndərilib.

Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat