Modern.az

Məktəb direktorunun işdən çıxarılma səbəbi açıqlandı

Məktəb direktorunun işdən çıxarılma səbəbi açıqlandı

Aktual

7 Mart 2025, 21:29

"Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə Şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb".

 

Bu barədə Modern.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

 

"Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

 

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada