Modern.az

Sahil Babayev iki rəisi İŞDƏN ÇIXARDI

Sahil Babayev iki rəisi İŞDƏN ÇIXARDI

3 Aprel 2025, 16:40

Maliyyə Nazirliyində iki yüksəkvəzifəli şəxs işdən azad edilib.

Modern.az Bakupost.az-a istinadən xəbər verir ki, qurumun Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələri üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.

Eyni zamanda, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin dövlət qulluğuna öz arzuları ilə xitam verilib.

Məlumat Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat