Modern.az

Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü

Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü

Aktual

9 Aprel 2025, 17:16

Azərbaycan Hərbi Hava Qüvvələri ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq hərbi pilotların təcrübə mübadiləsi çərçivəsində ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Təkmil uçuş təlimi sahəsi üzrə ekspert görüşü” zamanı 4-cü və 5-ci nəsil döyüş təyyarələrinin pilotlarının təməl və təkmil səviyyəsində hazırlığı, eləcə də “Beynəlxalq təlim məktəbi” haqqında tərəflərin təqdimatları dinlənilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat