Modern.az

Azyaşlı futbolçuları yumruqlayan məşqçiyə AFFA-dan ağır cəza 

Azyaşlı futbolçuları yumruqlayan məşqçiyə AFFA-dan ağır cəza 

Aktual

23 Aprel 2025, 15:42

AFFA İntizam Komitəsi U-15 Liqasında keçirilən “Şamaxı” – “Metak” oyununda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb.

Modern.az xəbər verir ki, matçın sonlarında hakimi təhqir edən “Şamaxı”nın baş məşqçisi Tərlan İsgəndərov 5 oyunluq sanksiya ilə üzləşib.

Həmin anda eyn hərəkətə yol verən “Şamaxı”nın rəsmisi Amil Mənsimov də 5 matçlıq diskvalifikasiya olunub.

Bundan başqa, “Şamaxı”da adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq o, 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Müstəsna hal olaraq komanda 500 manat cərimələnib.

“Şamaxı”nın növbəti ev oyunu azarkeşsiz keçiriləcək.

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı