Modern.az

Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı

Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı

Aktual

1 May 2025, 22:48

Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, həmyerlimiz bu gün axşam saatlarında onu aparan naməlum şəxslər tərəfindən sərbəst buraxılıb.

 

V.Osmanovun kimlər tərəfindən aparılıb sonradan buraxılması ilə bağlı dəqiq məlumat yoxdur.

 

Qeyd edək ki, aprelin 16-da 1972-ci il təvəllüdlü V.Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək məlum olmayan istiqamətə aparılmışdı. Ondan sonra Vüqarla heç bir əlaqə olmayıb.

 

Ukrayna polisi faktla bağlı araşdırmalar aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə