Modern.az

Avropa Siyasi Birliyinin Zirvə toplantısı Bakıda keçiriləcək

Avropa Siyasi Birliyinin Zirvə toplantısı Bakıda keçiriləcək

23 May 2025, 17:40

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib.

“Tiranada çox uğurlu Zirvə toplantısından sonra Avropa Siyasi Birliyi 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. EPC Liderlər səviyyəsində ümumavropa siyasi dialoqu üçün vacib foruma çevrilib”, - Koşta qeyd edib.

O bildirib ki, 2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək.

Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi